Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb Elan 55 onlayn mağaza, 700 adda məhsul: www.kobmarket.az istifadəçilərinin sayı artır Serbiyanın Azərbaycandakı səfiri KOBİA-da olub Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı Türkiyәnin Azərbaycandakı səfiri KOBİA-da olub KOBİA Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə əməkdaşlıq edəcək Səudiyyə Ərəbistanının səfiri ilə görüş keçirilib KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında innovativ sahibkarlığın təşviqinə dair müzakirələr aparılıb KOBİA və Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Sahibkarların işgüzar əlaqələrinin inkişafı

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilmişdir. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.

Həm xarici investorlar, həm də yerli istehsalçılar istər Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazarlara çıxış üçün AZPROMO-nun təklif etdiyi hüquqi məsləhətlərdən bəhrələnə bilərlər.

- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

- ölkənin investisiya imicinin formalaşdırılması;

- yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi;

- investorların cəlb edilməsi və onlarla danışıqların aparılması;

- investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması;

- Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması;

- ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları;

- "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti haqqında daha ətraflı məlumatı Fondun www.azpromo.az internet səhifəsindən əldə edə bilərsiniz.

Powered by Froala Editor