Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılıb Korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin ölkəmizdə təbliğinə dair sənəd imzalanıb KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb “İnvestisiya səyahəti” layihəsinə start verilir “Rebuild Karabakh” Sərgisində KOBİA-nın stendi iş adamları tərəfindən maraqla qarşılanır Azərbaycan və Tatarıstanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir "Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir KOBİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşirilməsi


S/SKOB subyektinin adıLayihənin adı və məzmunuLayihə üçün ayrılmış maliyyə vəsaiti (AZN)
1.Sulxayev Rafael Aydın oğlu
"YOLL" layihəsi  - Yükdaşımaları və sərnişindaşımaları sahəsində innovativ və rəqəmsal həll ilə sahibkarları əlaqələndirmək, nəqliyyat sahəsində qeyri-leqal fəaliyyətin rəsmi sahibkarlıq fəaliyyətinə keçidini təmin etmək
19883,2
2.Əsgərzadə Elmar Etibar oğlu
Daxiliyanma mühərrikləri üçün yanacaq sərfiyyatını azaldan nanomaterial
19930
3."Kercom" MMC"Kercom" MMC-nin Sabirabad Sənaye Məhəlləsində yerləşən qablaşma müəssisəsinə "İSO 22000" beynəlxalq sertifikatının alınması məqsədilə daxili infrastrukturun inkişafı və elektron idarəetmə sisteminin yaradılması layihəsi19979
4."İnnovasiya Mərkəzi" MMC"İnnobrand" layihəsi - Azərbaycanda biznezlə məşğul olan qadın sahibkarlara innovativ marketinq, PR, sürətli satış, brendləşmə xidmətlərinin tətbiqinə dəstək18067
5."Bioropean" MMCHeyvan mənşəli tullantı yağların biodizel üçün xammala çevrilməsinin laboratoriya şəraitində araşdırılması17910,1
6.Qədəşov Ayxan Arif oğlu“W-ball” cihazına (elektron təmizləyici cihaz) ABŞ və Avropa patentlərinin alınması və istehsalına dəstək19790
7."Lavanda Dessert" MMC"Mən də peşə sahibi olum" layihəsi - Qadınların məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, 20 nəfər qadına şirniyyat və un məmulatlarının hazırlanması təlimlərini vermək, onları peşə sahibi etmək, əmək bazırında iştirakını təmin etmək18945
8.Qədirov Namiq Qurban oğluİstənilən yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu və proqram təminatı layihəsi
19900
9."AQROMETR" MMCFındıq qərzəyindən üzvü gübrə kimi istifadənin prespektivləri19461,93
10."3D Texnologiya" MMC3D porterləri üçün xammal hesab edilən flamentin istehsal edilməsi üzrə tullantı plastik materialların təkrar emalını təmin edən dəzgahın hazırlanması15802,5
11."Core Pro" MMC"Pizza vending" layihəsi - pizza bişirən aparatın hazılanması19890
12."Əmir Texniki Xidmətlər" MMCBal arılarını gənələrdən təmizləmək üçün qurğunun yaradılması17300
13.Kazımzadə Orxan Şahin oğlu"OSHE-02" layihyəsi - Külək enerjisindən qidalanan kiçik ölçülü şarj cihazının yaradılması14210,4
14."Ağ Yelkən Metodolgiya və Tədris Mərkəzi" MMCMəktəbəhazırlıq və ibtidai təhsil pilləsində oxuyan uşaqlarda xüsusi öyrənmə pozuntularının (disleksiya, disqrafiya,disalkuliya və diqqət defisti sindiromları) aşkarlanması, diaqonstinikası və müdaxilə strategiyaları üzrə müəllimlər və psixoloqlar üçün peşəkar inkişaf     proqramının yaradılması20000
15."Eltac Medkil Gözəllik" MMCRegionlarda və Bakı şəhərində qadınların məşğulluğunun artırılması istiqamətində peşə hazırlığı kurslarınnın təşkil edilməsi19581,5

Powered by Froala Editor

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrin maliyyələşdirilməsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq müsabiqələrin təşkili yolu ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. 

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 (bir) layihə təqdim etmək hüququna malikdir. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

 

Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.

 

Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib və nağdsız qaydada ödənilir.

 

Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə elektron formada (info@smb.gov.azvə ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər:

  • Ərizə forması (https://bit.ly/3cS3v8I);
  • Müsabiqəyə təqdim olunan layihə (https://bit.ly/3qlsAgc);
  • Layihənin büdcəsinin maliyyə əsaslandırılması (https://bit.ly/3pkE2HF);
  • KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 
  • Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

 

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi

Powered by Froala Editor

Təhsil layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak edilməsi, habelə KOB subyektlərinin və onların işçilərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

tədris-metodik maarifləndirici vəsaitlərin hazırlanması;

 

müxtəlif seminar, konfrans, təlim, treninq və praktiki təcrübə proqramlarının hazırlanması və təşkil edilməsi, habelə tədris, konsaltinq və maarifləndirmə dəstəyinin göstərilməsi;

 

startapçılar, sahibkar qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi üçün tədbirlərin təşkili və biliklərin verilməsi;

 

KOB subyektlərinin ali təhsil və peşə təhsili müəssisələrində tədris prosesinə cəlb edilməsi;

 

KOB subyektlərinin ehtiyaclarına uyğun olan ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi məqsədilə təhsil müəssisələri ilə birgə layihələrin hazırlanması.

 

Powered by Froala Editor

Elm layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlıq sahəsində elmi biliklərin tətbiqi, KOB subyektlərinin elmi biliklərinin yaranması və inkişafı məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə elm layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- innovativ elm layihələrinin tətbiqi yolu ilə KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

 

- elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində KOB subyektlərinin fəaliyyətinin gücləndirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafına istiqamətləndirilmiş fəaliyyəti əks etdirən elmi işləri əhatə edən layihələr;

 

- KOB subyektlərinin sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və bu tipli müəssisələr ilə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli elmyönümlü konfrans, simpozium, seminar və digər tədbirlərin Azərbaycan Respublikasında təşkili və keçirilməsi, habelə xaricdə elm sahəsində keçirilən tədbirlərdə iştirakın dəstəklənməsi.

Powered by Froala Editor

Tədqiqat layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın innovativ inkişafına, KOB subyektlərinin fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik, sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi, araşdırılması, tədqiqat aparılması, bu sahələr üzrə təlim və seminarların təşkil edilməsi və keçirilməsi, habelə təhsil müəssisələri ilə əlaqələrin qurulması məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə tədqiqat layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- KOB subyektlərinin innovativ inkişafını əhatə edən tədqiqat işlərinin aparılması;

 

- KOB subyektləri tərəfindən istehsalat sahəsində tədqiqat işlərinin aparılması və nəticələrinin tətbiq edilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə maraqlı şəxslərin tədqiqat sahəsində iştirakının stimullaşdırılması məqsədilə təlim və seminarların təşkil edilməsi və keçirilməsi;

 

- mikro, kiçik və orta sahibkarlığın, habelə KOB subyektlərinin inkişafına, onların istehsalının artırılmasına və fəaliyyətinin genişləndirilməsinə yönəldilmiş layihələr;

 

- KOB subyektlərinin istehsal fəaliyyətinə təsir göstərən vasitələrin öyrənilməsi və ya xüsusiyyətlərinin araşdırılması və tədqiq edilməsi üçün həyata keçirilən layihələr;

 

- tədqiqat və istehsalat sahələrinin qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılması, tədqiqat sahəsində təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi.

Powered by Froala Editor

Dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə tətbiq olunan yeni mexanizmlərin, innovativ layihələrin həyata keçirilməsi, KOB subyektlərinin faydalanacağı layihələrin icrası, startap layihələrinin dəstəklənməsi məqsədilə təşkil olunur.

 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə aşağıda qeyd olunan sahələr üzrə dəstək layihələrinin maliyyələşdirilməsini həyata keçirir:

 

- beynəlxalq təcrübənin öyrənilməsi, audit, sənədləşmə, patentlərin alınması, menecment və logistik xidmətlərinin təşkili;

 

- KOB subyektləri tərəfindən istehsal olunan məhsulların analizi və testi məqsədilə laboratoriya xidmətlərinin təşkilinə dəstək;

 

- KOB subyektlərinin fəaliyyətində kadr potensialının gücləndirilməsi məqsədilə ölkədə və xaricdə keçirilən tədbirlərdə iştiraka dəstək;

 

- istehsal olunan məhsulların xarici bazarlara çıxışına dəstək məqsədilə ilk dəfə qeyri-neft məhsullarını ixrac edən KOB subyektlərinə sənədləşmədə və tələb olunan sertifikatların alınmasında dəstək;

 

- innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, istehsal məhsullarının (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviq olunmasına dəstək;

 

- KOB subyektlərinin yüksək texnoloji və innovativ imkanlardan faydalanmasına, fəaliyyətində müvafiq texnologiyaların tətbiqinə və zərurət olduğu halda, həmin subyektlərə ekspert ayrılmasına dəstək.

Powered by Froala Editor