Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
Azərbaycan və Qətər KOB sahəsində potensiallarından istifadə edərək əlaqələri genişləndirəcək 25.12.2019
Azərbaycan və Qətər KOB sahəsində potensiallarından istifadə edərək  əlaqələri genişləndirəcək

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafından, əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən məmnunluq ifadə olunub, hər iki ölkənin kiçik və orta sahibkarlıq sahəsində böyük potensiala malik olduğu vurğulanıb.

KOB sahəsində əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Qətər Dövlətinin səfiri Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkəmizdə KOB sektorunun gücləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirib.

Görüşdə KOBİA ilə Qətərin KOB sahəsində fəaliyyət göstərən qurumları arasında əlaqələrin inkişafına, müvafiq sahədə əldə olunmuş nailiyyətlərlə tanışlıq və təcrübə mübadiləsi məqsədilə 2020-ci ildə Qətərə səfərin təşkilinə, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsinə, investisiya layihələrinin qarşılıqlı mübadiləsinə, Qətər iş adamlarının iştirakı ilə ölkəmizdə birgə müəssisələrin yaradılmasına, gələn il KOB-larla bağlı Qətərdə təşkil olunacaq beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycan sahibkarlarının iştirak imkanlarına, birgə Biznes Şurasının yaradılmasına dair müzakirələr aparılıb.