Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək 26.10.2020
Bakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlığının artırılması və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi bank olmayan kredit təşkilatları (BOKT) ilə onlayn görüş keçirib. Tədbirdə BOKT-larda KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün tətbiq edilən maliyyə alətləri və onlardan istifadə imkanları, kredit müraciətlərinə dair müasir tələblər və s. müzakirə edilib.

Onlayn tədbirdə KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması üçün KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq təqdim edilən xidmətlər barədə məlumat verilib, mərkəzlərdə təşkil edilən təlim və seminarların, biznes planın hazırlanmasına göstərilən dəstəyin, məsləhət, şəbəkələşmə və digər xidmətlərin KOB-ların maliyyə savadlığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalı olduğu vurğulanıb.

Bakı, Sumqayıt və digər regionlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər KOB-larla yanaşı, kredit təşkilatlarının da işini asanlaşdıracaq və ölkə üzrə dayanıqlı, inkişafyönümlü sahibkarlıq xidmətlərinin artmasına dəstək olacaqdır. Görüşdə banklarla yanaşı, BOKT-lar da KOB inkişaf mərkəzləri ilə sıx əməkdaşlığa dəvət edilib.