Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
“Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək 17.10.2019
“Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək.

Tədbirin təşkilində məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin training@smb.gov.az e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.

Təlimin tarixi: 22 oktyabr 2019-cu il

Təlim saatı: 11:00 – 13:00

Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01.