Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
Daha iki KOB könüllüsü işlə təmin edilib 25.07.2019
Daha iki KOB könüllüsü işlə təmin edilib


Gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün, bilik və praktik bacarıqlarının artırılması üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “KOB Könüllüləri” Fəaliyyət Proqramı həyata keçirilir.

Hazırda 30 gənc Agentlikdə və KOB Dostu şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir.

Daha iki “KOB könüllüsü” - Rəşad Rüstəmov və Navad Qələndərova könüllü fəaliyyətini uğurla başa vuraraq, “166 Global Logistics LLC” şirkətində ofis meneceri kimi fəaliyyətə başlayıblar.

KOB könüllülərimizə iş həyatında uğurlar arzu edirik!