Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı 21.07.2020
Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC-nin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında həyata keçiriləcək maarifləndirici aksiya çərçivəsində vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılacaq, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılacaqdır.

İyulun 21-də Bakı şəhərində, həmçinin Abşeron, Lənkəran və Masallı rayonlarında keçirilən aksiya zamanı KOB dostları və könüllülər vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər.

Ümumilikdə, iyul-avqust ayları ərzində təşkil olunacaq aksiya çərçivəsində ölkənin 20-ə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanması nəzərdə tutulur.