Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın özünüməşğulluğa dəstəyi Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib “Kazan Digital Week” onlayn forumu keçiriləcək“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək
Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib 24.01.2020
Dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib

Yanvarın 24-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədi layihəsinin təqdimatı keçirilib.

Aidiyyəti dövlət qurumlarının, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin nümayəndələrinin və dövlət-özəl sektor tərəfdaşlığı layihələrində maraqlı tərəflərin iştirakı ilə təşkil olunmuş tədbirdə beynəlxalq ekpertlər tərəfindən konseptual çərçivə sənədi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, sənəd AYİB-in dəstəyi ilə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alnmaqla hazırlanıb. Sənəddə layihələrin əsas prinsipləri, icra mexanizmi və qiymətləndirmə meyarları əks olunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dövlət-özəl sektor tərəfdaşlığı modelinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinin strateji yol xəritələrində də nəzərdə tutulduğunu, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Agentliyin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığını qeyd edib, belə layihələrin kiçik və orta biznesin inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Tədbirdə konseptual çərçivə sənədi layihəsi ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.