Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!​Moskva şirkətləri ilə onlayn fərdi görüşlərdə iştirak edin
"Dəyişikliklərin idarə olunması və innovasiyalar” mövzusunda onlayn tədbir keçirilib 23.06.2020
"Dəyişikliklərin idarə olunması və innovasiyalar” mövzusunda onlayn tədbir keçirilib





İyunun 23-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə startap layihələrinin yaradıcıları, sahibkar və menecerlər üçün “Dəyişikliklərin idarə olunması və innovasiyalar” mövzusunda onlayn tədbir keçirilib.

“Zoom” proqramı vasitəsilə təşkil olunmuş onlayn tədbirdə təlimçi Leyla Sultanlı tərəfindən idarəetmə prosesindəki dəyişikliklər, bu dəyişikliklərin idarə edilməsi üsulları, innovasiyaların tətbiqi, startap və innovasiya ekosistemi ilə bağlı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Onlayn tədbirdə turizm, konsaltinq, kənd təsərrüfatı, qida və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın startap, sahibkar və menecer iştirak edib.