Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə! 07.07.2020
KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!


Məlumat verildiyi kimi Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək karantin rejimi uzadılıb.

Bu şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostları iyulun 20-dək mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.

Müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər.

Sahibkarlar KOB dostlarının əlaqə vasitələri ilə bu keçiddən tanış ola bilərlər - https://smb.gov.az/nav/kob-dostu