Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın özünüməşğulluğa dəstəyi Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib “Kazan Digital Week” onlayn forumu keçiriləcək“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək
“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək 21.05.2020
“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba “KOB Dostu” ofisinin və Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların müvafiq elektron informasiya sistemində işsiz və işaxtaran kimi onlayn qeydiyyata alınmalarına dəstək göstərirlər.

May ayı ərzində könüllülər tərəfindən 40-dan çox Quba sakininin özünüməşğulluq proqramından yararlanması üçün onlayn qeydiyyatına dəstək göstərilib. Ehtiyac yaranarsa vətəndaşların müraciəti əsasında bu dəstək davam etdiriləcəkdir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yanaşı, KOBİA-nın Bakıda və ölkə regionlarında fəaliyyət göstərən KOB dostları da vətəndaşların özünüməşğuluq proqramına qoşulmasına informasiya, əlaqələndirmə və texniki dəstək göstərirlər.