Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
KOB könüllüsü işlə təmin edilib 08.02.2019
KOB könüllüsü işlə təmin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən KOB könüllüsü Tamerlan Teymurov Agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində “Paşa sığorta” şirkətinin filialında işlə təmin olunub.

Agentlik olaraq KOB könüllümüzə iş həyatında uğurlar arzu edirik!

Məlumat üçün qeyd edək ki, Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün Agentlikdə “KOB Könüllüləri” Fəaliyyət Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən çox gənc Agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.