Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
KOB-lar üçün alternativ maliyyələşmə imkanlarına dair fikir mübadiləsi aparılıb 27.07.2020
KOB-lar üçün alternativ maliyyələşmə imkanlarına dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dato Yubazlan Bin Yusof arasında onlayn görüş keçirilib.

Görüşdə pandemiya dövründə ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyi tədbirləri, KOB-ların mövcud şəraitdə üzləşdiyi çətinliklər, biznes assosiasiyaların ehtiyacları, KOB-ların maliyyə imkanlarına çıxışının yaxşılaşdırılması və bu istiqamətdə KOBİA-nın fəaliyyəti müzakirə olunub.

Onlayn görüşdə Malayziyada kiçik və orta sahibkarlıq subyektləri üçün bir çox maliyyə mexanizmlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulanıb, onlardan bir neçəsinin, xüsusilə də alternativ maliyyəlşmə sahəsində mexanizmlərin ölkəmizdə tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə birgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.