Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilibSahibkarlar üçün onlayn görüş imkanı yaradılıbKOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək
KOB-ların maliyyə savadlığının artırılması üçün vebinar təşkil edilib 06.10.2020
KOB-ların maliyyə savadlığının artırılması üçün vebinar təşkil edilib

Oktyabrın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə “KOB subyektlərinin maliyyə savadlılığının artırılması” və “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin(DƏYDR)sahibkarlıq fəaliyyətində rolu” mövzularında vebinar keçirilib. Sahibkarların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət proseduru, informasiya resursunun üstün cəhətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda KOB subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqının aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

Vebinarda həmçinin, KOBİA-nın kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, KOB subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılmasının qurumun fəaliyyət istiqamətlərindən olduğu, bu sahədə sahibkarların dövlətin güzəştli kreditlərinə və digər maliyyə resurslarına çıxışla bağlı müvafiq qurumlarla əlaqələndirildiyi, Agentliyin struktur bölməsi olan KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların maliyyə savadlığının artırılması üçün təlim və məsləhət xidmətlərinin göstərildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində sahibkarlara digər istiqamətlərlə yanaşı, maliyyə resurslarının idarə olunması, mühasibatlıq, dövlətin maliyyə resurslarına çıxış və ondan istifadə istiqamətlərində təlim və məsləhət xidmətləri göstərilir, sahibkarlar məlumatlandırılır.