Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOBİA-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun nümayəndələri ilə görüş keçirilib 16.11.2020
KOBİA-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun nümayəndələri ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhanla görüşüb.

KOBİA və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında birgə əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Orxan Məmmədov görüşün Azərbaycan üçün əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. KOBİA sədri qonaqları Ermənistanın hərbi təxribatı nəticəsində sahibkarlıq subyektlərinə dəymiş ziyan, bu zərərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən işlər, eləcə də işğaldan azad olunmuş Azərbaycan ərazilərinin zəngin iqtisadi və investisiya potensialı barədə məlumatlandırıb.

Görüşdə KOBİA-nın müxtəlif ölkələr və təşkilatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa böyük önəm verdiyi qeyd olunub, İƏTGF tərəfdaşlarının iştirakı ilə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, turizm, İKT və sosial sahibkarlıq sahəhələrində layihələrin həyata keçirilməsinə, eləcə də innovasiyalar və startaplar üzrə təcrübə mübadiləsinə, gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə maarifləndirmə tədbirlərinin, təlimlərin və proqramların həyata keçirilməsinə, KOB-ların iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin və biznes forumların təşkilinə dair müzakirələr aparılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin investisiya imkanlarının xarici investorlara təqdim edilməsi və biznes fəaliyyətinin təşviqi məqsədilə birgə tədbirin keçirilməsi barədə razılığa gəlinib.