Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
KOBİA-da könüllülər üçün kitabxana yaradılıb 02.09.2019
KOBİA-da könüllülər üçün kitabxana yaradılıb


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülər üçün kitabxana yaradılıb.

Agentlikdə fəaliyyət göstərən “KOB könüllüləri”nin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması məqsədilə təşkil olunmuş “Könüllü kitabxana”sına KOBİA-nın əməkdaşları tərəfindən iqtisadiyyat, sahibkarlıq, idarəetmə və digər sahələrə dair müxtəlif kitablar təqdim olunub.

Məlumat üçün qeyd edək ki, sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, fərdi inkişafı, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. Hazırda 40-a yaxın gənc Agentlikdə və ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Ümumilikdə indiyədək 50-dən çox gənc "KOB Könüllüləri Proqramı" çərçivəsində Agentlikdə və “KOB Dostu” şəbəkəsində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-da könüllü fəaliyyətini uğurla başa vuran gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.