Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
KOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb 08.07.2020
KOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıb.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən KOB subyeklərinin və bankların iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri güzəştli kreditləşdirmənin yeni mexanizmləri, yeni biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir hissəsinin subsidiyalaşdırılması, eləcə də bu dəstəkdən yararlanmaq üçün yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) barədə ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri mütəmadi olaraq təşkil olunacaq. Bununla yanaşı, sahibkarlar güzəştli kreditləşdirmənin yeni mexanizmləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə xidmətlərindən istifadə etmək üçün KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.