Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın özünüməşğulluğa dəstəyi Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib “Kazan Digital Week” onlayn forumu keçiriləcək“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək
KOBİA sahibkarlarla onlayn görüşlər keçirir 16.05.2020
KOBİA sahibkarlarla onlayn görüşlər keçirir


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlarla onlayn görüşlər davam etdirilir.

Reklam fəaliyyəti ilə məşğul olan sahibkarlarla təşkil olunmuş onlayn görüşdə Dövlət Reklam Agentliyinin və KOBİA-nın nümayəndələri pandemiya dövründə reklamçıların qarşılaşdıqları çətinliklər və onların gözləntiləri barədə müzakirələr aparıblar.

Satınalmalarla bağlı keçirilmiş onlayn görüşdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və KOBİA-nın nümayəndələri bu sahədə KOB-ları maraqlandıran sualları cavablandırıblar.