Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
KOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb 20.11.2020
KOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İstanbulda keçirilən “MUSİAD Expo 2020” beynəlxalq sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD prezidentinin müavini Mehmet Akif Özyurt imzalayıblar.

Anlaşma Memoradumunda tərəflərin ticarət, sənaye, investisiya sahələrində əməkdaşlığı, birgə biznes tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən sərgilərdə və digər tədbirlərdə iştirakının təşviq olunması, qarşılıqlı missiyaların təşkili və s. nəzərdə tutulur.

İmzalanma çərçivəsində aparılmış müzakirələr zamanı MÜSİAD prezidentinin müavini Mehmet Akif Özyurt “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın “Qarabağ Azərbaycandır” stendi ilə təmsil olunmasından və stenddə işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialının təqdim edilməsindən məmnunluqlarını ifadə edib, Azərbaycanın stendinin sərgi ziyarətçiləri və iş adamları tərəfindən maraqla qarşılandığını bildirib.