Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəÖzünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilərKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilirKOBİA: “Yeni güzəştli kredit mexanizmləri KOB-lar üçün əlavə imkanlar yaradır”
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq 14.12.2019
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.

Onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/170805128 linkinə daxil olmaqla (parol 170805128);

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 20 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara lazımi dəstəyi göstərəcəkdir.

Onlayn maarifləndirmə tədbirinə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (055 525 30 30 - Adil Əhmədov, Nicat Əlizadə - 055 510 30 30).