Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu 10.07.2020
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha bir maarifləndirici videoçarx hazırlanıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "ZiraatBank Azərbaycan" və "Times consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Videoçarxın əsas çağırışı “Biz birlikdə güclüyük” şüarıdır.

Qaydalara əməl edək! Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq!