Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndəribSəhmdarların hüquqlarına dair vebinar keçirilib“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” davam edir Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında 21.12.2019
Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında







Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.

Kiçik biznesin qadın nümayəndələri üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr, toxumalar, suvenirlər və s. məhsullar təqdim edilir.

Yarmarkada qadın sahibkarlar həmçinin, Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici turistlərdən əl işlərinin hazırlanması üçün sifarişlər də qəbul edirlər.

“Qış Bazarı” satış-yarmarkası 15 yanvar 2020-ci il tarixinədək davam edəcəkdir.