Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndəribSəhmdarların hüquqlarına dair vebinar keçirilib“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” davam edir Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
Qadınların və əlilliyi olan şəxslərin əl işləri Qış festival-yarmarkasında 29.12.2019
Qadınların və əlilliyi olan şəxslərin əl işləri Qış festival-yarmarkasında

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların və əlilliyi olan şəxslərin əl işləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş Qış festival-yarmarkasında nümayiş olunur.

21 yanvar 2020-ci ilədək davam edəcək festival-yarmarka “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü, KOBİA və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilir. Festival-yarmarkada 15 qadın və əlilliyi olan şəxsin hazırladığı müxtəlif bəzək əşyaları, milli geyimlər və suvenirlər, araxçınlar, toxuma nümunələri, çantalar, aksesuarlar, ağac üzərində oymalar, oyuncaqlar, rəsmlər, şirniyyat məhsulları və s. sərgilənir.

Festival-yarmarkanın təşkilində məqsəd Bakı sakinlərinin və turistlərin vaxtının maraqlı keçirilməsinə, Azərbaycan məhsullarının daha çox tanıdılmasına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın və əlilliyi olan şəxslərin əl işlərinin satışına dəstək göstərilməsidir.