Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın özünüməşğulluğa dəstəyi Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib “Kazan Digital Week” onlayn forumu keçiriləcək“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib 24.01.2020
Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib




Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib.

Tədbirin məqsədi sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır.

Təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar

Beynəlxalq ticarət, bazar araşdırmaları və ixracla bağlı sahibkarların marağı və müraciətləri nəzərə alınaraq 2020-ci il ərzində KOBİA tərəfindən bu sahədə müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər barədə ətraflı məlumatı KOBİA-nın internet saytındakı “Tədbirlər təqvimi” bölməsindən əldə etmək olar (http://smb.gov.az/events).