Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıbKOBİA və MÜSİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Sahibkarlar üçün onlayn görüş imkanı yaradılıb 28.10.2020
Sahibkarlar üçün onlayn görüş imkanı yaradılıb





Sahibkarlarla birbaşa ünsiyyət qurmaq imkanlarının genişləndirilməsi, eləcə də koronavirus (COVID-19) pandemiyası səbəbindən yerində görüşlərin keçirilməsinin və vətəndaş qəbullarının müvəqqəti olaraq məhdudlaşdırılması ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən vətəndaşlar və biznes subyektləri üçün onlayn görüş imkanı yaradılıb.

Vətəndaşlar və sahibkarlar KOBİA-nın rəhbər vəzifəli şəxsləri ilə görüşmək üçün www.smb.gov.az saytının “Vətəndaş qəbulu” bölməsinə daxil olmaqla onlayn görüş üçün müraciət edə bilərlər.

Eyni zamnada KOBİA digər elektron rusurslardan, o cümlədən telefon rabitəsi (012 404-04-01, 131 Çağrı Mərkəzi), internet vasitəsilə (info@smb.gov.az və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlərin göstərilməsini, biznes subyektlərini maraqlandıran sualların cavablandırılmasını davam etdirir.