Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
​Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir​Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıbKOBİA güzəştli kreditləşdirilmənin yeni mexanizmləri ilə bağlı onlayn maarifləndirmə tədbirlərinə başlayıbKOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarların nəzərinə!
Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir 01.06.2020
Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir


Məlum olduğu kimi artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə).

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.

Sahibkarlar COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilmiş metodiki göstərişlərlə bu keçidlərdən tanış ola bilərlər: