Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilibSahibkarlar üçün onlayn görüş imkanı yaradılıbKOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək
Sumqayıt KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün fərdi məsləhət xidmətləri göstərilir 14.10.2020
Sumqayıt KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün fərdi məsləhət xidmətləri göstərilir


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər və ailə biznesini qurmaq istəyənlər üçün fərdi məsləhət xidmətləri təşkil olunub. Məsləhət xidmətləri çərçivəsində potensial sahibkarlara KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib, yeni biznesə başlamaq istəyən şəxslərin sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim və məsləhət xidmətləri ilə bağlı ehtiyacları müəyyənləşdirililib, onları maraqlandıran suallar cavablandırılıb. KOB İnkişaf Mərkəzinə müraciət edən şəxslərin biznes ideyalarının fərqli sahələr üzrə olması nəzərə alınaraq, onlar yaxın günlərdə keçiriləcək təlim və digər məsləhət xidmətlərinə cəlb olunacaqlar. Qeyd edək ki, Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim-tədris və məsləhət xidmətləri üçün Sumqayıt KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər. Mərkəz tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.