Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndəribSəhmdarların hüquqlarına dair vebinar keçirilib“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” davam edir Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcək 07.08.2020
"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcək




19-25 avqust 2020-ci il tarixində Özbəkistan və MDB ölkələri üçün kənd təsərrüfatı və texnologiya sahəsində "Uz Agro Food Tech" virtual sərgisi (ətraflı- https://www.uzagrofoodtech.com/) keçiriləcək.

Sərgi kənd təsərrüfatı sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları virtual məkanda bir araya gətirəcək. Virtual sərgi çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə virtual “B2B” görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Virtual sərgiyə ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər:

E-poçt: info@b2b-fairs.com

İnternet səhifəsi: www.b2b-fairs.com