Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla onlayn görüş keçirilib"Uz Agro Food Tech" virtual sərgisi keçiriləcəkKOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir Özəl sektora yeni maliyyə dəstəyi və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşünün keçiriləcəyi barədəKoronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir
Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir 09.07.2020
Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətləri onlayn keçirilir

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Xaçmaz şəhərində sərt karantin rejiminin tətbiq olunması səbəbindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlər və məsləhət xidmətləri iyulun 20-dək onlayn formada təşkil olunacaq.

Mikro, kiçik və orta sahibkarlar bu müddət ərzində Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən müxtəlif onlayn təlimlər və məsləhət xidmətləri barədə mərkəzin sosial şəbəkələrdəki səhifələrini izləməklə məlumat əldə edə, onları maraqlandıran tədbirlərə qoşula bilərlər.

Qeyd edək ki, 11-12 iyul tarixlərində Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün “Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi" mövzusunda onlayn təlim keçiriləcək. KOB-ların antikorrupsiya və etik davranış qaydaları, korrupsiya hüquqpozmaları və onunla mübarizə metodlarına dair məlumatlandırılması məqsədilə təşkil olunacaq onlayn təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri müvafiq linkə (https://bit.ly/2Z7gj3Y) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.