Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub
Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib 30.04.24
Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib

B2B görüşlərdə iştirak edən şirkətlər fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq və ixrac imkanları barədə müzakirələr aparıblar. 

Pakistanın İslamabad Kiçik Ticarətçilər və Sənayeçilər Palatasının nümayəndələrindən və iş adamlarından ibarət heyətin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində B2B görüşlər keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş B2B görüşlərdə Azərbaycan və Pakistanın sənaye, qida, turizm, elektronika və digər sektorlarında fəaliyyət göstərən iş adamları iştirak ediblər. 

Görüşlərdə şirkətlər qarşılıqlı olaraq fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq və ixrac imkanları barədə müzakirələr aparıblar. 

B2B görüşlərdə İslamabad Kiçik Ticarətçilər və Sənayeçilər Palatasının prezidenti Sajad Sarvar və vitse-prezident Syeda Vajida Salem də iştirak ediblər.  

Powered by Froala Editor