Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında səfərdə olub Sumqayıtda qadın sahibkarlarla görüş keçirilib “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib KOBİA və Somali Federativ Respublikasının nümayəndələri arasında görüş keçirilib Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib Qazaxıstanın tələbə və magistrları “Bakı KOB evi”ndə olublar “Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA KOBİA “Caspian Investment Forum Bishkek 2024” tədbirində iştirak edib
KOB Model Müəssisə

KOB Model Müəssisə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etməyə imkan verən məkandır. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən model müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə və nəzəri bilikləri istehsal prosesində təcrübədən keçirməyə imkan verir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış model müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. 

KOB Model Müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri aşağıdakı tələblərə cavab verməlidir: 

- KOB subyekti istehsalat ilə məşğul olmalıdır;

- İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyi olmalıdır.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. 

KOB Model Müəssisənin təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyinə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnərək öz müəssisələrində tətbiq edirlər. 

Təlimlər aşağdakı mövzuları əhatə edir: 

- Dəyər, məsrəf və sahədə itki 

- ΚΡΙ-ΚΑΙ

- Standartlaşdırma

- Vaxtın ölçülməsi və müşahidə metodları

- 5S strategiyası

- Kaizen sistemi

- SMED

- Poka-Yoke, Jidoka

- JIT - Sinxronizasiya

- İtələmə-çəkmə sistemləri

- İdarəetmə strategiyası və davamlı inkişaf

Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də KOB Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.

Model müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya birbaşa (info@smb.gov.az və ya www.smb.gov.az saytının “Agentliyə birbaşa müraciət” bölməsi), eləcə model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə ediləcək və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunacaqlar. 

Model Müəssisə tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi.

Powered by Froala Editor