Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında səfərdə olub Sumqayıtda qadın sahibkarlarla görüş keçirilib “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib KOBİA və Somali Federativ Respublikasının nümayəndələri arasında görüş keçirilib Keniya nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir 20.04.24
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarlarla görüşlər davam edir

Qax və Cəlilabad rayonlarında keçirilən görüşlərdə sahibkarlar dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılıb, təklifləri öyrənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə Qax rayonunda arıçılıq, Cəlilabad rayonunda isə kartof və çiyələk əkini ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüşlər keçirilib. Görüşlərdə ümumilikdə 70-ə yaxın sahibkar iştirak edib.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunan görüşlərdə aqrar sahə üzrə aktual məsələlərə dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri və çətinlikləri öyrənilib, müvafiq qurumların nümayəndələri tərəfindən sualları cavablandırılıb. Görüşlər zamanı həmçinin, sahibkarlar biznes fəaliyyəti ilə bağlı dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditləri, idxal-ixrac prosedurları, sığorta ödəmələri, hazır məhsulun satışına dəstək alətləri barədə məlumatlandırılıblar. 

Powered by Froala Editor