Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu?
“Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA 22.04.24
“Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA

Mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması Meyarları”na əsasən verilir. “Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər aşağıdakılardır: 

- məhsulun və ya xidmətin gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

- innovativ təşəbbüsə əsaslanması;

- mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

- yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

- rəqabətqabiliyyətli olması;

- qısamüddətli perspektivdə yaradılan məhsula və ya xidmətə olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

- digər startap məhsulu və ya xidməti ilə eynilik təşkil etməməsi.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.



Powered by Froala Editor

Powered by Froala Editor