Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
Asiya İnkişaf Bankı Azərbaycanda özəl sektorun maliyyələşdirilməsində maraqlıdır 05.02.2020
Asiya İnkişaf Bankı Azərbaycanda özəl sektorun maliyyələşdirilməsində maraqlıdır



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Asiya İnkişaf Bankının (AİB) ölkəmizdə səfərdə olan özəl sektorun maliyyələşdirilməsi missiyası ilə görüş keçirilib.

Görüşdə kiçik və orta sahibkarlara (KOB) dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti, həyata keçirilən layihə və proqramlar haqqında məlumat verilib, KOB-ların maliyyə mənbələrinə çıxış imkanının genişləndirilməsinin Agentliyin prioritetlərindən olduğu diqqətə çatdırılıb. Görüşdə bu sahədə mövcud maliyyələşdirmə mexanimlərinin təkmilləşdirilməsinə, yeni innovativ və alternativ maliyyələşmə mexanizmlərinin yaradılmasına dair fikir mübadiləsi, əməkdaşlıq perspektivlərinə və mümkün birgə layihələrə dair müzakirələr aparılıb.