Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulubSahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilibDövlət-özəl sektor tərəfdaşlığı üzrə konseptual çərçivə sənədinin təqdimatı keçirilib KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri üçün treninq keçirilib 08.11.2019
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri üçün treninq keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün “Korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu” mövzusunda treninq keçirilib.

KOBİA-nın və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri sahibkarları korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, informasiyanın açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası KOBİA yanında İctimai Şurada təmsil olunan 15 ictimai təşkilatdan biridir. Agentlik ölkəmizdə fəaliyyət göstərən biznes assosiasiyaların gücləndirilməsi, yeni assosiasiyaların yaradılmasının təşviqi istiqamətində fəal işlər aparır, mütəmadi olaraq assosiasiyalarla birgə görüşlər və forumlar, müxtəlif assosiasiyalarda təmsil olunan şirkətlərin bilik və bacarıqlarının artırılması üçün təlim, seminar və digər tədbirlər təşkil edir.