Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək 24.06.2019
Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək


İyunun 27-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcək.

İnnovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gənclər və sahibkarlar Foruma dəvət edilir.

Forumda iştirak etmək istəyən gənclər və sahibkarlar qeydiyyatdan keçmək üçün aşağıda linkə daxil olaraq tədbirdə iştirak üçün müraciət edə bilərlər.

Link: https://docs.google.com/…/1FAIpQLSfIMqKIaXjwwhmyXl…/viewform

Tədbir çərçivəsində gənc sahibkarlar üçün mövcud dövlət dəstəyi mexanizmləri, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün məlumatlandırma sessiyalarının təşkili də nəzərdə tutulur.
Forumda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Son müraciət tarixi 25 iyun saat 18:00-dır.