Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla daha bir görüş“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcəkKOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilibKOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı 19.08.2019
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı




Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanından irəli gələn tapşırığa əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər.

Sahibkarlara kömək məqsədilə nümunəvi ərizə forması və tələb olunan sənədlərlə bağlı məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).

Əlavə məlumat üçün KOBİA-ya müraciət edə bilərsiniz (Telefon: 012-404-04-01).