Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Dövlət satınalmaları ilə bağlı sahibkarların sualları cavablandırılıb 06.08.2019
Dövlət satınalmaları ilə bağlı sahibkarların sualları cavablandırılıb

Dövlət satınalmaları ilə bağlı sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə təşkil olunmuş tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin mütəxəssisləri dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar, www.etender.gov.az internet portalı və ondan istifadə barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb.

Daha çox sahibkarın yararlanması üçün onlayn maarifləndirmə tədbiri KOBİA-nın Facebook səhifəsi üzərindən birbaşa yayımlanıb.

Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına dəstək məqsədilə KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara köməklik göstərilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytı, sosial şəbəkələrdəki səhifələri və KİV vasitəsilə məlumatlandırılıb.