Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib 20.05.2019
Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib

Mayın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda Forum keçirilib.

Bu formatda ilk dəfə olaraq təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Forumda dövlət qurumlarının fəaliyyətinə və onlar tərəfindən qəbul edilən qərarların səmərəliliyinə ictimai nəzarətin təmin edilməsinin əhəmiyyəti, bu sahədə ictimai şuraların fəaliyyətinin önəmi vurğulanıb, müxtəlif dövlət strukturlarının, xüsusilə də sahibkarlarla işləyən qurumların yanında fəaliyyət göstərən ictimai şuraların işi barədə məlumat verilib, kiçik və orta biznesin inkişafında ictimai şuraların rolunun artırılması məsələləri müzakirə edilib.

Tədbirdəkı çıxışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb, ictimai fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların fəaliyyətinin əhəmiyyətini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən olduğunu və bu məqsədlə 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını bildirib, Agentliklə bağlı məsələlərdə vətəndaş cəmiyyəti institutlarını aktiv əməkdaşlığa dəvət edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarında qanunvericiliyin təkimilləşdirilməsi sahəsində keçirilən ictimai müzkirələrdə ictimai şura üzvü olan vətəndaş cəmiyyəti təsisatlarının mühüm rolunu diqqətə çatdırıblar. Bildirilib ki, açıq hökumətin inkişafında və şəffaflığın artırılmasında da ictimai şuraların rolu əhəmiyyətlidir. Vurğulanıb ki, fəaliyyətə başlamasından az müddət ötsə də, KOBİA yanında İctimai Şuranın yaradılması təqdirəlayiqdir və müxtəlif ictimai şuralar tərəfindən belə forumların davamlı olaraq təşkil edilməsi faydalı olardı.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentlik yanında İctimai Şurada təmsil olunan assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəy və təkliflərinin diqqətlə öyrənildiyini qeyd edib. Bildirilib ki, belə forumlar müxtəlif dövlət orqanları yanında ictimai şuraların təşəbüsü ilə davam etdiriləcək və burada əsas məqsəd müvafiq sahədə qarşılıqlı əməkdaşlığı gücləndirmək, vətəndaş cəmiyyəti institutlarının kiçik və orta biznesin inkişafı sahəsində aparılan islahatlarda daha yaxından iştirakını təmin etməkdir.

KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, tədbirin belə formatda ilk tədbir olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Agentlik yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət arasında əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Tədbirdə KOBİA yanında İctimai Şuranın üzvləri və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edib, kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müxtəlif təkliflər səsləndiriblər.