Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
“KOB Dostu” Qəbələdə fəaliyyətə başlayır 11.02.2019
“KOB Dostu” Qəbələdə fəaliyyətə başlayır


Fevralın 12-də Qəbələdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk, ümumilikdə isə sayca 12-ci “KOB Dostu” olacaq.

Hazırda Agentliyin ölkənin 8 rayonunda - Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Yevlax və Gəncədə 11 “KOB Dostu” fəaliyyət göstərir. Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 KOB Dostundan ibarət şəbəkənin yaradılması nəzərdə tutulur.

“KOB Dostu” mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaranması və inkişafının bütün mərhələlərində çoxsaylı dəstəyin göstərilməsi, sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir, KOB-ların inkişaf ehtiyaclarını sorğu vasitəsilə öyrənir, onlara göstərilən xidmətlərin monitorinqini aparır.