Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
“KOB könüllüləri” sahibkarları məlumatlandırıb 11.02.2020
“KOB könüllüləri” sahibkarları məlumatlandırıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz “KOB Dostu” ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcəkdir.