Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
KOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıb 12.12.2019
KOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçilməsi məqsədilə

MÜSABİQƏ ELAN EDİR

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş müvafiq tədbirlərin icrası məqsədilə yaradılmış biznes inkubatorlar Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinə başlayanların təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi istiqamətlərində fəaliyyət göstərir.

Biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan şəxslərə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi otaqları ayrılır və onlara aşağıdakı xidmətlər göstərilir:



  • sistemli və davamlı maarifləndirmə tədbirləri;
  • təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməklik;
  • investisiya layihələrinin, biznes planların işlənib-hazırlanmasında metodiki köməklik;
  • layihələrin maliyyə, iqtisadi və texniki ekspertizalarının aparılması;
  • vergi, mühasibat uçotu, maliyyə-kredit, hüquqi yardım, sahibkarlığın inkişafı, biznes planların tərtibi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin təşkili;
  • marketinq araşdırmalarının aparılmasında dəstək;
  • sərgilərin təşkilində və keçirilməsində metodiki köməklik;
  • Biznes inkubatorun iştirakçılarına maliyyə mənbələrinə (banklar, kredit təşkilatları, investisiya fondları, vençur kapitalı və s.) olan tələbatının ödənilməsi məqsədilə köməkliyin göstərilməsi;
  • investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında dəstəyin göstərilməsi;
  • inzibati və hüquqi problemlərin həllində köməklik göstərilməsi;
  • yeni texnologiyalar, habelə onların tətbiqi və istifadəsi ilə bağlı informasiya təminatının həyata keçirilməsi;
  • informasiya resurslarına çıxışın təmin edilməsi;
  • elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması;
  • sahibkarlıq subyektlərinin inkişaf potensialının və prioritetlərinin müəyyən edilməsində dəstək;
  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin təşkili.

Müsabiqənin təşkilində məqsəd namizədlərin biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.

Müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:

  • müsabiqədə iştirak etmək haqqında ərizə;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti;
  • əmək kitabçasının surəti (mövcud olduğu halda);
  • fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
  • biznes plan və ya biznes ideyanın təsviri.

Sənədlər 2019-cu ilin 25 dekabr tarixinədək aşağıdakı ünvanlarda qəbul ediləcəkdir:

Quba-Xaçmaz iqtisadi rayonu üzrə- Xaçmaz şəhəri, Bakı prospekti, 45 (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), əlaqələndirici şəxs: KOBİA-nın Xaçmaz rayonu üzrə “KOB Dostu” Polad Seyfəddinov, telefon: (055) 200-03-74, e-poçt: polad.seyfaddinov@smb.gov.az.

Aran iqtisadi rayonu üzrə - Yevlax şəhəri, Bakı prospekti, 5 (Aran Regional İnkişaf Mərkəzi), əlaqələndirici şəxs: KOBİA-nın Yevlax rayonu üzrə “KOB Dostu” Nicat Kərimov, telefon: (055) 200 01 97, e-poçt: nijat.karimov@smb.gov.az .

Daha ətraflı məlumat üçün KOBİA-ya müraciət edə bilərsiniz (Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134, Calal Rəhimov, tel.:012-404-04-01 (151), e-poçt: jalal.rahimov@smb.gov.az, web: www.smb.gov.az ).