Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək 15.11.2019
KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu ilə görüşüb.

Görüşdə Azərbaycanda innovativ startapların dəstəklənməsi, birgə əməkdaşlıq çərçivəsində KOB-lar üçün dəstək modellərinin yaradılması, tələbə və startapların “Huawei” ilə əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

KOBİA sədri ölkəmizdə innovasiyaların inkişafına və yeni texnologiyaların tətbiqinə verilən önəmi, startaplara göstərilən dəstəyi vurğulayıb, KOBİA-nın fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəyi, eləcə də “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu İKT sahəsində KOB-ların rolunun artırılmasına dair fikirlərini bölüşüb, “Huawei” şirkətinin Azərbaycanda gördüyü işləri qeyd edərək Agentliyin strukturuna daxil olan KOB İnkişaf Mərkəzlərinin yaradılması və bu mərkəzlərlə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.

Görüş çərçivəsində KOBİA və “Huawei Tech Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.