Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB Dostu” artıq Abşeronda Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilibAsiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib Sahibkarların nəzərinə!
KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib 31.01.2019
KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib

Yanvarın 31-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.

Onlayn təlimə Bakı və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub. Təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişiklilər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Onlayn təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Ekspert qismində onlayn təlimə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları cəlb olunub.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlax rayonlarında yaradılmış “KOB Dostu” mərkəzlərində də müvafiq şərait yaradılıb.

Qeyd edək ki, onlayn təlim barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və Agentliyin www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-ların qanunvericilik, dövlət dəstəyi mexanizmləri, eləcə də sahibkarları maraqlandıran digər sahələr üzrə məlumatlandırılması üçün onlayn təlimləri davam etdirəcəkdir.