Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
KOBİA yanında İctimai Şura üzvləri ilə videokonfrans keçirilib 27.04.2020
KOBİA yanında İctimai Şura üzvləri ilə videokonfrans keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi, əlavə dövlət dəstəyi tədbirlərinə dair sahibkarların gözləntilərinin müzakirə edilməsi məqsədilə Agentlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib.

Onlayn tədbirə KOBİA-nın nümayəndələri və Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyaların rəhbərləri qatılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik yanında İctimai Şurada təmsil olunan sahibkarları 25 aprel – “Sahibkarlar Günü” münasibətilə təbrik edib, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işləri, o cümlədən sahibkarlara göstərilən dəstək tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, pandemiya ilə bağlı işgüzar aktivlik azalıb, sahibkarlar bir sıra çətinliklərlə üzləşir. Dövlət sahibkarların bu çətinliklərdən daha az itki ilə çıxması üçün müxtəlif dəstək tədbirləri həyata keçirir. Sahibkarların Azərbaycan dövləti ilə sosial həmrəylik nümayiş etdirdiyini vurğulayan KOBİA sədri mövcud çətinliklərdən birgə səylərlə çıxacağımızı bildirib.

Video konfransda iştirak edən sahibkarlar pandemiya ilə bağlı qarşılaşdıqları müxtəlif çətinlikləri və gözləntilərini qeyd ediblər.

Onlayn tədbir zamanı səsləndirilən təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyi, eləcə də KOBİA yanında İctimai Şuranın müxtəlif mövzularda ictimai müzakirələrinin videokonfrans formatında davam etdiriləcəyi bildirilib.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov KOBİA yanında İctimai Şuranın sədr müavini seçilib.