Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Konsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb 01.08.2019
Konsaltinq şirkətləri dövlət satınalmaları ilə bağlı məlumatlandırılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimdə konsaltinq şirkətlərinə dövlət satınalmalarında iştirak prosedurları, bu sahədə qanunvericilikdə edilmiş dəyişikliklər, www.etender.gov.az vahid internet portalı barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Elektron Hökumətin İnkişafı Mərkəzinin mütəxəssislərinin iştirakı ilə bu mövzuda növbəti təlim avqustun 2-də keçiriləcəkdir.