Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilibKiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilibKOBİA ilə Bakı Ali Neft Məktəbi Anlaşma Memorandumu imzaladı
Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib 15.03.2019
Maliyyə savadlığının artırılmasına dair təlim keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə 14-15 mart tarixlərində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” mövzusunda təlim keçirilib.

2 gün davam edən təlimdə mövzuya dair müxtəlif təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərini təmsil edən 20-dən çox sahibkar, maliyyə meneceri və mühasib iştirak edib.

KOBİA tərəfindən 2019-cu il ərzində mikro, kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində təlim və digər tədbirlər davam etdiriləcəkdir.