Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının 10 ili tamam olur 28.11.2019
Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramının 10 ili tamam olur

Azərbaycan sahibkarlarının beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədilə İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın idarəetmə komitəsinin iclası keçirilib.

2009-cu ildən icra olunan “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın əlaqələndiricisi Azərbaycan tərəfdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfdən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).

Noyabrın 28-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkələrimz arasında iqtisadi əməkdaşlıqdan danışıb, Proqramın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Sonra KOBİA-nın və GİZ-in nümayəndələri Azərbaycan və Almaniya tərəfinin “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”na dair hesabatlarını təqdim ediblər. Qeyd olunub ki, 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb. Proqram iştirakçılarının 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.

İclas çərçivəsində proqramda iştirak edən menecer və sahibkarlar proqramın onların biznes fəaliyyətinə müsbət təsirini vurğulayıblar.