Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib 22.05.2019
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər – təlim, seminar və dəyirmi masalar təşkil olunur.

KOBİA-nın və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə növbəti belə dəyirmi masa “Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi” mövzusuna həsr olunub. Qadın sahibkarların və “Kənd Qadınları” Assosiasiyasının iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizdə qadın sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirlərinə dair sahibkarların fikirləri və təklifləri dinlənilib.

Dəyirmi masada “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsinə uyğun olaraq, qadın biznes inkubatorlarının yaradılmasının təşviq edilməsi, bunun mikro və kiçik sahibkarlığın inkişafında əhəmiyyəti vurğulanıb, bu sahədə müzakirələr aparılıb.