Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
Qadın sahibkarlar korporativ idarəetmənin əhəmiyyəti barədə məlumatlandırılıb 19.09.2019
Qadın sahibkarlar korporativ idarəetmənin əhəmiyyəti barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə qadın mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu” mövzusunda treninq keçirilib.

KOB subyektlərinin korporativ idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunmuş tədbirdə korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, informasiyanın açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə sahibkarlar məlumatlandırılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, KOBİA tərəfindən mütəmadi olaraq, mikro, kiçik və orta biznes subyektlərinin, o cümlədən qadın sahibkarların “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər, təlim, seminar və treninqlər təşkil olunur.